Suriyadakı vətəndaş müharibəsi nəticəsində 170 min suriyalı Livana sığınıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, rəsmi Beyrut onların tələbatını ödəmək üçün 180 milyon dollar həcmində maliyyə yardımı edilməsini istəyib.
Livan hakimiyyəti onların qeydiyyatını aparacağını və müəyyənləşdirəcəyini vəd edib.
Suriyalı qaçqınların qarşısının alınması və sərhədin bağlanması ilə bağlı energetika naziri Cebran Bassiliyanın təklifini hakimiyyət qəbul etməyib.
Nazir Azad Vətənsevərlər Hərəkatının üzvüdür. Bu qurum isə Bəşar Əsədi dəstəkləyən hizbullah ilə müttəfiqdir. Ancaq Hizbullahın baş katibi Həsən Nəsrulla bir müddət öncə bildirmişdi ki, sərhəd qaçqınlar üçün açıq olmalıdır.