Lətif Hüseynov Ukraynada işgəncə faktlarını araşdırır
20 fevral 2014 10:26 (UTC +04:00)

Lətif Hüseynov Ukraynada işgəncə faktlarını araşdırır

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-dən Ukraynada səfərdədir.


 

L. Hüseynovun APA-ya verdiyi məlumata görə, səfərin əsas məqsədi Ukraynanın müxtəlif regionlarında, xüsusən Kiyev şəhərində davam etməkdə olan kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış şəxslərlə necə rəftar olunduğunu yoxlamaqdan ibarətdir.

 

Nümayəndə heyəti etirazçılara qarşı polis əməkdaşları tərəfindən hədsiz güc tətbiq olunması və onlarla pis rəftar olunması ilə bağlı şikayətlər və ya məlumatlar üzrə araşdırmaların necə aparılmasına xüsusi diqqət yetirəcək. Səfər zamanı polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, xəstəxanalara və digər müəssisələrə baş çəkilməsi, müxtəlif dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi planlaşdırılır.

 

Səfərin nəticələrinin Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko və baş prokuroru Viktor Pşonka ilə keçiriləcək görüşlərdə müzakirəsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar