Lavrov və Kerri Rusiya-ABŞ əməkdaşlığını müzakirə etdilər
06 iyul 2016 04:38 (UTC +04:00)

Lavrov və Kerri Rusiya-ABŞ əməkdaşlığını müzakirə etdilər

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri, gələcək təmaslar da daxil olmaqla, Suriyaya Dəstək Beynəlxalq Qrupun həmsədrləri olan Rusiya və ABŞ arasında  əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

 

“Suriyaya Dəstək Beynəlxalq Qrupun həmsədrləri olan Rusiya və ABŞ arasında  əməkdaşlığa  dair məsələlər müzakirə olunub. Buraya həmçinin ekspert və siyasi səviyyələrdə gələcək təmaslarda daxildir”, - deyə XİN-nin məlumatında bildirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar