Küveyt Suriyada yaşayan ermənilərə yardım edir
26 dekabr 2012 00:49 (UTC +04:00)

Küveyt Suriyada yaşayan ermənilərə yardım edir

0

Küveytin Ermənistandakı səfiri Bəssam Məhəmməd əl-Kabandi dekabrın 26-da Erməistanın Diaspor Nazirliyinə «Suriyada yaşayan ermənilərin əlaqələndirmə mərkəzi»nə  bir milyon dollar humanitar yardıma dair sənəd təqdim edəcək.

Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, həmin maliyyə vəsaiti Suriyada yaşayan ermənilərin ərzaq məhsulları almasına xərclənəcək.

Erməni mənbələrinin xatırlamasına əsasən, Suriyada 5 min erməni qalıb. Qalanı isə ölkəni tərk edib. Onların iddiasına görə, bu ölkədə ümumilikdə 85 min erməni var. Onlar əsasən, Hələbdə məskunlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 858

Oxşar yazılar