Kuba hakimiyyəti avtomobillərin satın alınması prosesini sadələşdirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bundan sonra adi kubalılar xüsusi icazə olmadan yeni avtomobil ala biləcək.
Məsələ ilə bağlı hökumətin müraciətində bildirilib ki,50 ildən artıq tətbiq edilən məhdudiyyə aktuallığını itirib.
Avtomobilin satışını dövlət həyata keçirsə də, maşın almaq üçün yetrincə pulu olan vətəndaş bu arzusunu gerçəkləşdirəcək.
Hökumət bildirib ki, avtomobil satışından əldə edilən gəlir ictimai nəqliyyatın işinin yaxşılaşdırılmasına yönəldiləcək.