Kosovoda etiraz edən müxalifət nümayəndələri “Molotov kokteyləri” ataraq parlament binasına od vurublar. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, binada güclü yanğın baş verib.
Yerli mətbuatın məlumatına görə, polis aksiyanı dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Kosovo Konstitusiya Məhkəməsi etnik serblərin hüquqlarının genişləndirilməsinə dair sazişi təsdiqləyib.
Kosovo müxalifəti Monteneqro və Serbiya ilə razılaşmalara qarşı çıxış edir.