Kosovoda cinayət törədən serb generalının işi yüngülləşib
28 yanvar 2014 05:12 (UTC +04:00)

Kosovoda cinayət törədən serb generalının işi yüngülləşib

Beynəlxalq Məhkəmənin Apelliyasiya palatası keçmiş Yuqoslaviyanın serb generalı Vlastimir Djordjeviç kəsilən cəzanı yüngülləşdirərək, 18 il müddətinə azadlıqdan məhrum edib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, 2011-ci ildə o, insanlığa qarşı cinayətdə suçlu bilinərək, 27 il iş almışdı.

 

Vlastimir Djordjeviç 1999-cu ildə Yuqoslaviya daxili işlər nazirinin köməkçisi işləyərkən, albanları siyasi, irqi və dini motivlər üzrə təqiblərdə iştirak edib.

 

Bir müddət öncə beynəlxalq məhkəmə Kosovoda albanlara qarşı cinayətinə görə 4 serb yüksək vəzifəlisini 14 -22-dək azadlıqdan məhrumetmə qərarı çıxarıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar