Rusiya Federasiyasının Başqırdıstan respublikasının Sterlitamak şəhərində körpəsini vedrədə boğan azərbaycanlı qadının məhkəməsi başlayıb. Lent.az-ın ufa1.ru-ya istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Y,Mehdiyeva qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 9 ildən 14 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Mehdiyeva ötən ilin sentyabrında təzə doğulmuş körpəsini vedrədə boğub.
Mehdiyeva şəhərdəki ticarət köşklərinin birində çalışırmış. Məlumata görə, uşağı da elə həmin köşkdə, gecə saatlarında iş vaxtı dünyaya gətirib. Mehdiyevanın iki qız uşağı varmış. Doğulan körpə də qız uşağı imiş.