Çinin Şensi əyalətində həkim-mamaça barəsində şərti ölüm hökmü çıxarılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, işlədiyi xəstəxanadan körpələrə oğurlayıb satırmış.
Hökmün icrası ilə bağlı iki il möhlət verilib. Bundan sonra o, ya edam olunacaq, ya da bu hökm ömürlük cəza ilə əvəzlənəcək.
Müttəhim Çjan Şusya Kış körpələri oğurlayaraq, uşaq tacirlərinə satdığını etiraf edib.
Məhkəmə hakimi Çjanı 7 körpəni oğurlayaraq, satmaq suçlu bilib. Həkim –mamaça oğurladığı körpələrini valideynlərinə körpənin ciddi xəstə olduğuna inandırıb, onları övladlarından imtina etdirirmiş.
Oğurlanmış 6 körpə valideynlərinə sağ-salamat qaytarılıb, bir qız isə ölüb.
Çin polisi Çjanla bağlı daha 26 cinayət işini araşdırır. O, ötən ilin iyulunda oğurlandığı oğlan uşağı üçün 2600 avro alıb. Vasitəçi isə körpəni üçqat bahasına satırmış.