Koreyada qadınlara dövlət postu tutmaq yasağı ləğv edilib
19 dekabr 2012 06:39 (UTC +04:00)

Koreyada qadınlara dövlət postu tutmaq yasağı ləğv edilib

0

Cənubi Koreyada prezidentliyə namizədlərə səsvermə  başlayıb. Bu post uğurunda 7 namizəd mübarizə aparır. Majoritar sistemlə keçirilən seçki bir turdan ibarətdir. Prezident 5 illiyinə seçilir.

Lent.az-ın xarici informasiya vasitələrinə  istinadən məlumatına görə, ölkə tarixində ilk dəfə bu ölkənin qadın  vətəndaşları da dövlət vəzifəsi tuta biləcək.

Əsas mübarizənin hakim «Sənrui» Partiyasından (Yeni Sərhədlər Partiyası) olan 60 yaşlı xanım Pak Kın He ilə Birləşmiş Liberal Demokratik Partiyanın namizədi 59 yaşlı Mun Çje İn arasında gedəcəyi haqda xəbərlər yayılıb.

Sorğuların nəticəsinə əsasən, hər iki namizədin şansı praktik olaraq, bərabərdir.

Xanım Pak Kın He ölkəni 1961-79-cu illərdə idarə etmiş general Pak Çjon Xinin qızıdır.

Fəaliyyət olan prezident Li Myen Bakanın səlahiyyət müddəti 2013-cü ilin fevralında başa çatır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar