Kolumbiya qızıl mədənində uçqun: 10 işçi ölüb, 25-i yaralanıb
15 fevral 2014 01:29 (UTC +04:00)

Kolumbiya qızıl mədənində uçqun: 10 işçi ölüb, 25-i yaralanıb

Kolumbiyada qızıl mədənində uçqun baş verib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, faciəli olay nəticəsində 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Bununla belə qurbanların və xəsarət alanların sayının artacağı istisna edilmir.

 

Hadisə ölkənin Narino bölgəsində baş verib. Dağıntı yerində axtarış işlər aparılır. Ağır yaralıları daşımaq üçün Hərbi Hava Qüvvələrinin vertolyotları olay yerinə cəlb edilib.

 

Xilasedici xidmət torpaq uçqun altında qalanların sayını deməkdə çətinlik çəkib.

Mədən ölkənin əlçatmaz ucqar ərazisində olduğundan xilasedicilər ora hava nəqliyyatı vasitəsi ilə yollanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

Oxşar yazılar