Köklüyü onu edamdan qurtarıb
18 dekabr 2012 06:25 (UTC +04:00)

Köklüyü onu edamdan qurtarıb

0

ABŞ-ın Ohayo ştatının qubernatoru Con Kasiç qatilin ölüm hökmünü ömürlük həbslə əvzlənməsinə razılıq verib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məhkum 53 yaşlı Ronald Post etiraf edib ki, edam ona tədricən əzab verəcək. Çünki çəkisi 204 kq olan bu məhkumun əzələsinə yeridiləcək  zəhər onu uzun müddətə öldürəcəkmiş.

Vəkillərin sözlərinə əsasən, artıq çəkiyə görə Postun venasını tapmaq çətin olar, bu səbəbdən zəhəri əzələdaxili yeritməyə ehtiyac var.

Hakimlər kollegiyası bu dəlilə diqqət etməsələr də, 1980-ci illərin ortalarında Postu müdafiə edən vəkillərin bir sıra səhvlər yol verdiyi qərarına gəliblər. Bunu əsas götürərək, ona qarşı edam hökmünü ləğv ediblər.

Ronald Post  1983-cü ildə soyğun etdiyi zaman motel əməkdaşını qətlə yetirdiyi üçün mühakimə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1451

Oxşar yazılar