ABŞ Demokratlar Partiyasından ölkə prezidentliyinə namizədliyi olan Hillari Klinton səsvermənin nəticələrinə görə Konnektikut, Ohayo və Pensilvaniya ştatlarında inamla irəliləyir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Konnektikut üzrə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Klinton 66,8 faiz, Tramp isə 29,3 faiz səs toplayıb.
Ohayo ştatında səslərin hesablanmış 30 faizinin nəticəsinə görə, Klinton 52 faiz, Tramp isə 44,5 faiz səs toplayıb.
Pensilvaniya ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə seçicilərin 81 faizi Klintona, 16 faizi isə Trampa səs verib.