Klinton ABŞ prezidentiyinə rəsmi namizəd oldu
27 iyul 2016 03:36 (UTC +04:00)

Klinton ABŞ prezidentiyinə rəsmi namizəd oldu

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun  namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan  səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.  

 

Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun  səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.  

 

Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun  iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.

 

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar