Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderlərindən biri «UDAR» Partiyasının lideri Vitali Kliçkonu ictimaiyyət qarşısında açıq debata çağırıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, ölkənin ədliyyə naziri Yelena Lukaş bu haqda açıqlama verib.
«Ukrayna prezidenti əmindir ki, müxalifətlə birgə iş dövlətin birliyinə, dövlət və ictimaiyyət üçün vacib islahatların keçirilməsinə yardım edəcək. Prezident bir daha baş vermiş faciəvi olaylardan təəssüfləndiyini vurğuladı. Əldə edilən razılaşmaya əsasən danışıqlar davam etdiriləcək»-deyə, ədliyyə naziri bildirib.