Ukrayna müxalifətinin liderlərindən biri, «UDAR» Partiyasının sədri Vitali Kliçko dünyanın demokratik dövlətlərinə müraciət edərək, ölkədə baş verənlərə müdaxilə etməyə çağırıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Kliçko bildirib ki, demokratik dövlətlərin liderləri Ukraynada baş verənlərə müdaxilə edəcəyi halda güc tətbiqinin qarşısı alınar.
O, əlavə edib ki, Maydanı dağıtmaq üçün «hakimiyyət təxribat yaradıb».
V.Kliçko baş verənlərə görə Ukrayna prezidenti Viktor Yanukoviçi suçlayıb.