Kliçko: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”
04 fevral 2014 11:57 (UTC +04:00)

Kliçko: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”

Ukraynanın müxalif UDAR partiyasının lideri Vitali Kliçko ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu bəyan edib.


 

APA-nın məlumatına görə, “Associated Press”ə müsahibəsində V.Kliçko Ukraynadakı vəziyyətin diktaturaya gətirib çıxaracağını istisna etməyib.

 

“Ölkəmizdə olan problemlər vətəndaş müharibəsinə gətirib çıxara bilər. Belə olan halda çoxlu sayda insan həlak olacaq. Biz Ukraynanı itirə bilərik, burada diktatura tətbiq olunacaq”, - deyə o vurğulayıb.

 

Bununla yanaşı V.Kliçko qeyd edib ki, ölkədə vəziyyət son dərəcə kritikdir və istənilən an dəyişə bilər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar