Ukraynanın Dnepropetrovsk vilayətində hərbi desantları daşıyan avtomobil aşıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar Kiyevə ezam edilibmiş.
Mənbə bildirib ki, qəza nəticəsində üç əsgər həlak olub, azı 9 hərbçi yaralanıb.
Ukrayna Müdafiə Nazirliyi Dnepropetrovskda dislokasiya olunan 25-ci hərbi-desant briqadasının 500 hərbçisini «döyüş silahlarının, hərbi bazanın mühafizəsi məqsədi ilə» Kiyevə göndərilib.
Bir müddət öncə bu hərbi qurum bildirmişdi ki, hərbçilər «antiterror əməliyyatında» iştirak edə bilər.