Ukraynanın paytaxtı Kiyevə giriş bağlanıb. Lent.az-ın “EuroMaydan”ın “Facebook” səhifəsinə istinadən məlumatına görə, səhər yerli vaxtla saat 8:50-dən etibarən Borispol trası ilə paytaxta giriş iki yerdən kəsilib.
Yalnız bir yol açıq saxlanılıb. Bu yolda da maşınlar yoxlanılır. Obuxovodan Kiyevə girişdə isə 3 ZTR, daş və qumla dolu maşınlar, yol polisləri durub. Onlar minik maşınları və marşrut avtobuslarını yoxladıqdan sonra paytaxta buraxırlar. Brovarı şossesindən girişdə də yalnız bir xətt açıqdır. Böyük yük maşınları hətta sənədləri qaydasında olsa belə, geri qaytarılır.