Kiyevdə toqquşmalar zamanı yaralanan şəxslərdən biri ölüb.
APA – nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə “Azadlıq” təşkilatının nümayəndəsi İrina Sex bildirib.
O qeyd edib ki, həkimlər 45 yaşlı Roman Senikin həyatı uğrunda mübarizə aparsalar da, yaraları ağır olduğundan onu xilas etmək mümkün olmayıb.