Kiyevdə onlarca əsgər müxalifət tərəfinə keçib
20 fevral 2014 12:52 (UTC +04:00)

Kiyevdə onlarca əsgər müxalifət tərəfinə keçib

İğtişaşlar zamanı bir neçə nəfərin öldüyü bildirilir


 

Kiyevdə daxili qoşunların onlarla əsgəri Maydanın özünümüdafiə qüvvələrinə təslim olub.

 

APA-nın yerli mətbuata görə, onlar təhlükəsizlik təminatı aldıqdan sonra bu addımı atmağa razılıq veriblər.

 

Digər məlumata görə, deputatlar Ali Radadan təxliyə olunur. Deputat Vladimir Litvin bildirib ki, deputatlar və parlamentin əməkdaşları binanı tərk edirlər. 

 

Həmçinin etirazçıların Ukrayna Evini ələ keçirdikləri və güc strukturları təmsilçilərinin oradan qaçdığı bildirilir.

 

“Senzor.net” saytı isə snayper tərəfindən etirazçılara atəş açdığı barədə xəbər yayıb. Xəbərə görə, “Kozatski” oteli yaxınlığında 5 meyit var. 

# 590
avatar

Oxşar yazılar