İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun iştirakçılar Ukraynada baş verən toqquşma nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda forumda iştirak edən bir neçə siyasi və ictimai xadim öz «tvitter» səhifəsində eyni vaxta xəbər yayıb.
Xatırladaq ki, yanvarın 19-da Kiyevdə etiraz aksiyaçıları ilə «Berkut» xüsusi təyinatlı dəstə arasında baş verən toqquşma baş verib. Mənbə 3 aksiya iştirakçısını həlak olduğunu, onlardan ikisinin güllələndiyini bildirib.