Ukrayna paytaxtı Kiyevdə milislilərlə müxalifət qüvvələri arasında baş verən toqquşmalarda 200-dən çox insan xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna DİN və Kiyev meriyasının məlumatlarında bildirilir.
Şəhər icra hakimiyyətindən bildirilib ki, yanvarın 20-ə olan məlumata görə, aksiyalar zamanı xəsarət alan 103 nəfər təcili tibbi yardıma müraciət edib, onlardan 42 nəfəri xəstəxanaya yerləşdirilib. Dörd nəfərin xəsarəti ağırdır.
DİN bildirilib ki, toqquşmalarda hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı xəsarət alıb, onlardan 61-i xəstəxanalara yerləşdirilib.
Ukrayna mətbuatının yazdığına görə, toqquşmalar hələ də davam edir.
Etirazçılar hüquq-mühafizə orqanların əməkdaşlarına daş, yandırıcı maddələrlə doldurulmuş şüşələri atırlar.