Kiyevdə Azərbaycan vətəndaşları xəsarət almayıb
25 fevral 2014 13:14 (UTC +04:00)

Kiyevdə Azərbaycan vətəndaşları xəsarət almayıb

0

Kiyevdəki iğtişaşlar zamanı Azərbaycan vətəndaşları xəsarət almayıblar. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq xidmətinə istər Ukraynanın rəsmi şəxslərindən, istər də Azərbaycan vətəndaşlarından müvafiq müraciətlər daxil olmayıb.

 

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib.

 

A.Osmanov qeyd edib ki, səfirlik həmçinin xəsarət almış Ukrayna vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə maraqlanır: “Vətəndaşlarımızın təhlükəsizliyi və durumu bizim üçün prioritet məsələdir. Eyni zamanda müvafiq məlumat daxil olarkən, Ukrayna vətəndaşları olan həmyerlilərimizin durumu ilə də maraqlanırıq”.

 

Xatırladaq ki, Kiyevdəki toqquşmalar zamanı bir neçə azərbaycanlı, o cümlədən Ukraynada tanınmış azərbaycanlı rəssam Rasim Seyidimov, Teymur Mustafayev və Anar Rzayev xəsarət alıblar. Onların hamısı Ukrayna vətəndaşlarıdır.

 

Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, fevralın 18-dən Kiyevdə toqquşmalar zamanı 82 nəfər ölüb. Tibbi yardım üçün müraciət edən 724 nəfərdən 489 nəfər xəstəxanalara yerləşdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar