Kiyevdə Azadlıq Radiosunun iki müxbiri döyülüb
21 yanvar 2014 00:10 (UTC +04:00)

Kiyevdə Azadlıq Radiosunun iki müxbiri döyülüb

Kiyevdə Azadlıq Radiosunun 2 müxbiri saxlanıb və döyüldükdən sonra sərbəst buraxılıblar.

 

Lent.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, radionun Ukrayna xidmətinin müxbiri Dimitry Barkar və operator İgor İsxakov polislə nümayişçilər arasında baş verən toqquşmanı çəkərkən saxlanılıblar.

 

Jurnalistlərin ikisi də polis bölməsində döyüldüklərini deyib. İsxakov burunun sındırıldığını və beyin silkələnməsi aldığını deyir. Jurnalistlər videokameranın yoxa çıxdığını da bildiriblər.

 
Kiyevdə baş verən son toqquşmalarda 26 jurnalist yaralanıb. Bu barədə yerli mətbuat yazıb.

ABŞ və Avropa  Birliyi  tərəfləri sakitliyə çağırıb.

Qeyd edək ki, Ukrayna rəhbərliyinin ötən ilin noyabrında Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina eləməsi, ölkədə kütləvi etirazlara səbəb oldu.

Hələ də meydandan çəkilməyən müxalifət prezident  və hökumətin istefasını tələb edir.
Son məlumatlara görə hakimiyyət ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir, küçələrə əlavə qüvvələr çıxarılır.

Son aksiya və toqquşmalara səbəb isə Ukrayna hökumətinin mitinqlərə qarşı sərt qanunlar tətbiq eləməsi olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar