Kiyevdə etirazçılarla razılıq əldə edildi - <span style="color:red;">YENİLƏNİB
29 yanvar 2014 15:21 (UTC +04:00)

Kiyevdə etirazçılarla razılıq əldə edildi - YENİLƏNİB

Kiyevdə etirazçıların ələ keçirdiyi Aqrar Siyasət Nazirliyi binasının boşaldılması haqda razılıq əldə olunub.


 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu, Maydan nümayəndələri ilə “Spilna sprava” təmsilçiləri arasında aparılan danışıqlardan sonra mümkün olub.

 

 “Splini sprava” fəallarının artıq binanı tərk etməyə başladığı bildirilir.  

 

***

Kiyevdə Aqrar Siyasət Nazirliyinin binasında baş verən atışma ilə bağlı bəzi detallar məlum olub.


 

APA-nın “aif.ua” saytına istinadən verdiyi məlumata görə, nazirlik binasının etirazçılardan təmizlənməsi əməliyyatında “Sotni Svyatoslava” adlı dəstənin döyüşçüləri iştirak edib.

 

Həmin şəxslər bildiriblər ki, həbsdə saxlanılan nümayişçilərin azadlığa buraxılmasının əvəzinə nazirlik binasının təmizlənməsinə dair razılaşma var və onlar bu razılaşmanı icra edir.

 

Qeyd edək ki, “Sotni Svyatoslava” dəstəsinə əsasən “Avromaydan”ı dəstəkləyən millətçiləri daxildir.

 

***

14:35

Kiyevdə müxalifət tərəfdarlarının ələ keçirdiyi Aqrar Siyasət Nazirliyinin binasında atışma başlayıb.


 

APA-nın “aif.ua” saytına istinadən verdiyi məlumata görə, binada qumbaralar partlayır, atışma səsləri eşidilir.

 

Binaya daxil olmağa cəhd edən şəxslər müvafiq sərəncama malik olduqlarını bildiriblər.

 

Bir müddət öncə binadan yaralıların çıxarılmasına başlanıldığı söylənilir. Hazırda binaya jurnalistlər buraxılmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2309
avatar

Oxşar yazılar