Ukrayna paytaxtı Kiyevdə müxalifət tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma baş verib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «RİA Novosti» bildirib ki, qarşıdurma nəticəsində 11 nəfər həlak olub. Kiyev milis idarəsinin məlumatına əsasən, olayın baş vermə səbəbləri araşdırılır.
Şahidlərin sözlərinə görə, paytaxt küçələrinin səkilərində onlarla yaralı etirazçı var.