Ukraynanın hakim partiyası Nikolay Azarovn rəhbərlik etdiyi hökumətin istefasına səs verməyə hazırdır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla “Regionlar Partiyası”nın parlament fraksiyası liderinin I müavini Mixail Çeçetov çıxış edib.
O bildirib ki, Rada N. Azarov hökumətinin istefasına səs versə, baş nazir postu dərhal “Batkivşina” partiyasının lideri Arseniy Yatsenyuka veriləcək.
Qeyd edək ki, sabah Ali Radanın növbədənkənar iclası keçiriləcək.