Kim Çen Inın qardaşını öldürənlərin məhkəməsi başladı
02 oktyabr 2017 06:47 (UTC +04:00)

Kim Çen Inın qardaşını öldürənlərin məhkəməsi başladı

Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çon Namın ölümündə şübhəli bilinən iki qadın məhkəmədə özlərini təqsirkar hesab etməyiblər.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, günahları sübuta yetirildikdə onları ölüm hökmü gözləyir.

 

Makaoda yaşayan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında öldürülüb. İstintaqın məlumatına görə, üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam güclü iflic səbəbindən ölüb.  Onun qətlində istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.  Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinib. ABŞ və Cənubi Koreya hökumətləri  Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyinə əmindirlər.

 

Qeyd edək ki, Malayziyada Kim Çen Namın qətlində şübhəli bilinən Vyetnam  və İndoneziya vətəndaşları olan iki qadının  məhkəməsi başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar