Avropa Birliyinin ali komissarı Ketrin Eşton Kiyevdə baş verənləri diqqətlə izlədiyini bildirib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib ki, Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri ilə görüşmək niyyətindədir.
Ali komissar ölkədə yaranmış vəziyyətdən çıxmaq üçün bütün diplomatik vasitələr cəlb edilməlidir.
K.Eşton bildirib ki, yanvarın 24-də Avropa komissiyası sədri Joze Manuel Barrozanın adından qurumun üzvü Ştefan Füle Kiyevə səfər edəcək.
Ali komissar gələn həftə Ukraynaya səfər edəcəyini söyləyib.