Kerri Ukrayna müxalifəti ilə görüşüb
02 fevral 2014 01:07 (UTC +04:00)

Kerri Ukrayna müxalifəti ilə görüşüb

ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna müxalifəti ilə ölkədəki böhrandan çıxış yollarını müzakirə edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Münhendə keçirilən görüşdə o, «Batkivişina» fraksiyasının lideri Arsen Yatsenyuk və «UDAR»-ın sədri Vitali Kliçko ilə Ukraynadakı vəziyyətdən danışıblar.

 

A.Yatsenyuk deyib ki, onlar mövcud vəziyyətdən çıxış yolu çərçivəsində «zorakılığın dayandırılması, bütün girovların azad edilməsi, ukraynalıların qətlinin və oğurlanması faktlarının araşdırılması»nı müzakirə ediblər.

 

«Bu məqsədlə biz müxalifətin, hakimiyyətin Avropa Şurası baş katibi təmsilçisini iştirakı ilə müstəqil komissiyanın yaradılması haqda qurumun baş katibi Turbörna Yaqlandın təklifini qəbul etdik» -deyə, müxalifət təmsilçisi bildirib.

 

Bundan başqa Ukraynada vəziyyətin normallaşdırılması planında konstitusiya islahatının keçirilməsi, təcili olaraq, parlament-prezidentli respublika idarəetməyə qayıtmaq, eləcə də iqtisadi yardım paketinin olduğu ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar