Fevralın 5-də ABŞ-ın dövlət katibi Con Kerri 2016-cı ildə prezident seçkisində iştirak etməyi planlaşdırmadığını bildirib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, «CNN»-ə müsahibəsində o, deyib: «mən siyasətdən getməyə hazırlaşıram. Belə bir planım yoxdur. Bu (dövlət katibliyini nəzərdə tutur - red.) mənim sonuncu dayanacağımdır»-deyə, o, vurğulayıb.
«CNN» qeyd edib ki, 2016-cı ildə ABŞ-da prezidentliyə namizədlə bağlı fəal müzakirə aparılır. Namizədlər arasında Con Kerri, onun sələfi Hillari Klinton və prezidentin müavini Co Baydenin adları çəkilir.