ABŞ-ın 35-ci prezidenti Con Fitscerald Kennedinin qızı 55 yaşlı Kerolayn Kennedi ABŞ-ın Yaponiyadakı səfiri olacaq.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hazırda Amerikanın Yaponiyadakı səfiri «Wilson Sonsini Goodrich & Rosati» hüquq firmasının keçmiş baş direktoru Xon Roosdur.
Kerolayn Kennedi prezident Barak Obamanın köhnə tərəfdarlarındandır. K.Kennedi 2008-ci ildə prezident seçkisi kampaniyasında onu dəstəkləmişdi.
Keçmiş prezidentin qızı hazırda bir neçə qeyr-kommersiya qurumlarının idarə heyətinə daxildir.