Keçmiş nazir Türkiyədə hakim partiyadan istefa verdi
25 dekabr 2013 20:00 (UTC +04:00)

Keçmiş nazir Türkiyədə hakim partiyadan istefa verdi

Türkiyədə korrupsiya əməliyyatı fonunda vəziyyət gərginləşməkdədir.

 

Lent.az-ın Türkiyənin «sözçü» saytına istinadən məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasından Ordu şəhərindən olan millət vəkili İdris Naim Şahin istefa verib.

 

O,  61–ci hökumətdə 2013-cü il yanvarın 24-dək daxili işlər naziri olub.

1976-cı ildə İstanbul Universitetinin Hüquq Fakültəsini bitirib. 1980-ci ildə Ordu icra başçısı və başqa dövlət vəzifələrində çalışıb. Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2001-2011-ci illərdə partiyanın baş katibi olub. 2002-ci il noyabrın 3-də və 2007-ci il iyunun 22-də İstanbuldan millət vəkili seçilib. 2013-cü il yanvarın 24-dən ölkənin baş naziri tərəfindən hökumətin təftiş komissiyasında işləyib. Daxili işlə naziri vəzifəsindən azad edildikdən sonra onun yerinə Müəmmər Gülər gətirilib.

 

Evlidir 6 övlad var. 

Xatırladaq ki, iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlə naziri Müəmmər Gülər, eləcə də şəhər və ətraf mühit naziri Ərdoğan Bayrakdar da istefa verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051
avatar

Oxşar yazılar