Kazan Universitetinin müəllimi ilə mübahisə etdiyi həmkarına qəflətən pnevmatik tapançadan atəş açıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Tatarıstan Daxili İşlər Nazirliyi bu xəbəri öz saytında yayıb.
Atəş nəticəsində ali təhsil müəssisəsinin üç əməkdaşı da yüngül yaralanıb.
Xəsarət alanlara tibbi yardım göstərilib.
Atəş açan müəllimi isə polis saxlayıb.