İspaniyanın Kataloniya əyalətindəki ən məşhur «TV3» telekanalı ilk dəfə olaraq, ölkə kralı Ы Xuan Karlosun mövlud çıxışını yayımlamayıb.
Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, bu səbəb telekanal əməkdaşlarının tətil etməsi olub.
Onlar etiraz aksiyasını dekabrın 24-ü Bakı vaxtı ilə saat 23.50-də keçirib. Həmin vaxt isə kral bayram müraciətini edib.
Aksiyanın həmin vaxta planlaşdırılmasının siyasi sətiraltı mənasının olduğunu bildirir. Çünki I Xuan Kalos Kataloniyanın müstəqilliyi haqqında referendumun keçirilməsinə qarşıdır.
Kataloniyalılar isə bu siyasi tədbiri 2014-cü il noyabrın 9-da keçirməyi planlaşdırıb.
Bununla belə həmkarlar təşkilatı bu telekanal əməkdaşlarının aksiyanın siyasi səbəbi olmadığını bildirib.