İspaniyanın Kataloniya əyalətinin parlamenti krallığın tərkibindən çıxmaq haqda referendumun keçirilməsini səs çoxluğu ilə təsdiqləyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda yerli «Pais» qəzeti məlumat yayıb.
135 deputatdan 87-si referendumun keçirilməsinin lehinə səs verib. Onların üçü tərəfsiz qalıb. Referendumun keçirilməsi cari ilin noyabrına nəzərdə tutulub.
İspaniya konstitusiyasına əsasən, belə siyasi tədbirin keçirilməsi məsələsini yalnız mərkəzi hakimiyyət qaldıra bilər. Yaxın günlərdə Kataloniya muxtariyyəti müstəqillik referendumunun keçirilməsi tələbi ilə Madridə petisiya göndərəcək.
Mənbə xatırladıb ki, Kataloniya İspaniya krallığından ayrılmaq üçün bir neçə dəfə cəhd edib.