İrlandiyada Latviya vətəndaşı Aleksandr Karpov 2014-cü il Soçi Qış Olimpiadası ilə bağlı mübahisə nəticəsində öldürülüb. Lent.az-ın “İrish Mirror”a istinadən məlumatına görə, 26 yaşlı Karpovun qətlində şübhəli bilinən 2 şəxs saxlanılıb.
Onlardan biri elə mərhumla birgə yaşayıb. Hadisə də elə Karpovun mənzilində yaşanıb. Münaqişə hər 3 şəxsin birgə alkoqol qəbul edərək, televiziya vasitəsilə skeleton yarışlarını izlədikləri vaxt baş verib. Həmin yarışda birinci yeri rusiyalı Aleksandr Tretyakov, ikinci yeri tanınmış latviyalı idmançı Martin Dukurs tutub. Mübahisə zamanı mətbəxə qaçaraq, bıçağı götürüb. O, əvvəlcə Karpovu hədələyib, sonra isə qətlə yetirib.