Kapitanı azərbaycanlı olan gəmi Potiyə gətirildi
15 fevral 2014 18:01 (UTC +04:00)

Kapitanı azərbaycanlı olan gəmi Potiyə gətirildi

Gürcüstan sərhədçiləri kapitanı Azərbaycan vətəndaşı olan gəmini saxlayıblar.

 

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, Türkiyə şirkətinə məxsus və Panama dövlət bayrağı altında üzən gəmi tanınmayan Abxaziya  Respublikasının sularına daxil olduğuna və bununla da Gürcüstanın qanunları pozduğuna görə saxlanılıb.

 

Gəminin kapitanının Azərbaycan vətəndaşı olduğu bildirilib.

 

Saxlanılan gəmi Poti limanına gətirilib. Gəmi kapitanı və ekipaja qarşı hansı sanksiyaların tətbiq olunacağı bilinmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186
avatar

Oxşar yazılar