Kanada hakimiyyəti vətəndaşlığın verilməsini sərtləşdirəcəyini elan edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yeni qaydalara əsasən, ikili vətəndaşlığı olanlar Kanada vətəndaşlığından məhrum olunacaq. Belələrinin dövləti cinayətlərə, terrorçuluğa, casusluğa cəlb edildiyi bildirilib.
Bundan başqa ölkə vətəndaşı olmaq istəyənlər ingilis və ya fransız dilindən imtahan verməlidir.
Mənbə bildirib ki, ikili vətəndaşlığı olanlar Kanada pasportundan dünyanı gəzmək üçün «gediş bileti» kimi istifadə edir.