Kaluqada azərbaycanlı qardaşlar həbs olunub
20 fevral 2014 17:52 (UTC +04:00)

Kaluqada azərbaycanlı qardaşlar həbs olunub

Rusiyanın Kaluqa vilayətində mütəşəkkil cinayətkarlıqla məşğul olan qrup ələ keçirilib. Lent.az-ın məlumatına görə, bu barədə vilayət prokurorunun baş köməkçisi İskrina Basulina “REGNUM” agentliyinə açıqlama verib.

 

O bildirib ki, cinayətkar qrupun tərkibində Azərbaycan əsilli iki qardaş olub. Onların zərərçəkənlərə, o cümlədən qadınlara qarşı sərt davrandıqları, zor tətbiq edəcəkləri ilə hədələyərək, ciddi psixoloji təzyiq göstərdikləri müəyyənləşib. Banditlər şəxsiyyətlərinin identifikasiyasını gizlətmək üçün müntəzəm olaraq, saç düzümlərini dəyişib, çoxaldıb və saqqallarını qırxıblar.

 

2012-ci ilin dekabrından 2013-cü ilin yanvarınadək olan dövrdə qardaşlar vilayət mərkəzinin sakinlərindən biri ilə tanış olublar. Həmin şəxsin sərəncamında “BMW” avtomobili var imiş. Ötən ilin yanvarında qrup rəhbərləri öz ortaqları ilə birgə Kaluqa sakinindən həmin avtomobili əvəzsiz verməsini tələb ediblər. Rədd cavabı aldıqda isə onlar maşın sahibinə fiziki güc tətbiq ediblər. Bundan sonra həmin şəxsi tapança ilə hədələyərək, avtomobilin sahiblik hüququnu banditlərin adına sənədləşdirməsini tələb ediblər.

 

İstintaqla mütəşəkkil cinayətkar qrupun iki qardaşın rəhbərliyi altında beş oxşar cinayət törətdiyi də müəyyənləşdirilib. İş baxılmaq üçün məhkəməyə göndərilib. Həmyerlilərimizin təqsiri sübuta yetiriləcəyi halda, onları ən azı 10 il azadlıqdan məhrumetmə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Oxşar yazılar