Kaliforniyada məktəbləri hədələyən erməni həbs edilib
18 dekabr 2012 06:10 (UTC +04:00)

Kaliforniyada məktəbləri hədələyən erməni həbs edilib

0

Kaliforniya ştatının hüquq-mühafizə orqanı sosial şəbəkələrdə Los-Anceles şəhəri ibtidai məktəblərinin ünvanına təhdidlər səsləndirən şəxsi həbs edib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsdən 9 silah, o cümlədən bir neçə tüfəng müsadirə olunub.

Polisin verdiyi xəbərə görə, 24 yaşlı Kayl Banqayan dekabrın 17-də saxlanılıb. Məhkəmə onun 500 000 dollar girov müqabilində azadlığa buraxıla biləcəyi barədə qərar qəbul edib. Hazırda o istintaq təcridxanasında saxlanılır.

Məlumatda bildirilir ki, yerli sakin tərəfindən hüquq-mühafizə qurumlarına bir nəfərin sosial şəbəkələrdə ibtidai məktəblərin ünvanına təhdidlər səsləndirdiyi barədə məlumat daxil olan kimi polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları Banqayanın atası evinə gəliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1050

Oxşar yazılar