Çeçenistanın başçısı Ramzan Kardırov yenə çeçen yaraqlılarının rəhbəri Doku Umarovdan danışıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Kadırov deyib ki, Umarov sağ deyil: «Biz çoxdan 99 faiz əminik ki, Umarov əməliyyatlardan birində öldürülüb. Onun ölməsi ilə bağlı əlimizdə sübut var».
Çeçenistan Respublikasının başçısının sözlərinə əsasən, Kabardin və Dağıstan əmirlərinin danışıq yazısında onlar «Umarov ölüb və Qafqaza yeni əmir seçmək lazımdır» deyiblər: «Kabardin əmiri Dağıstanın başçısına təkidlə təklif edib ki, bu vəzifəyə Çeçenistan anadan olmuş Vadalov «əmir» seçilsin».