Yanvarın 17-də Əfqanıstan paytaxtında baş vermiş partlayışın qurbanlarının sayı 16 nəfərə çatıb.
Lent.az-ın «gazeta.ru» istinadən məlumatına görə, «röyter» bildirib ki, onların arasında BMT-nin 3 əməkdaşı, Beynəlxalq Valyuta Fondunun bir təmsilçisi var.
Yerli hakimiyyətin məlumatına əsasən, həlak olanların çoxu əcnəbidir.
Cəsədlərin tanınması davam edir.
***
04.11
Əfqanıstanda xaricilərin getdiyi məşhur «Taverna du Liban» restoranda intiharçı özünü partlatması nəticəsində 14 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şahidlər deyib ki, Vəzir Əkbər xan rayonunda da atışma səsləri eşidilib.
Terrorçulardan ikisi restorana girərək, atəş açmağa başlayıb. Üçüncü terrorçu isə özünü partladıb.
Ölənlər arasında əcnəbilər də var. Kabul şəhərinin polis rəisi Məhəmməd Zahir terrorçuların öldürüldüyünü söyləyib.
Həmin rayonda bir sıra xarici təşkilatlar, eləcə də Kanada, Norveç və Tacikistanın səfirliyi yerləşir.
Həlak olanlar və yaralananlar haqda dəqiq məlumat yayılmayıb.
Partlayışın məsuliyyətini taliban hərəkatı üzərinə götürüb. Yaraqlıların təmsilçisi bildirib ki, basqının hədəfində xarici məmurlar olub