Bu gün Türkiyənin İzmir şəhərində həyata keçirilən korrupsiya və tender qanunsuzluqları ilə bağlı əməliyyatlara başçılıq edən polis rəisləri Daxili İşlər Nazirliyi tərəfindən işdən azad edilib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, əməliyyatı həyata keçirən İzmir Polis İdarəsinin rəis müavini Məhmət Əli Şevik, mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin rəis müavini Taner Aydın və narkotiklərlə mübarizə şöbəsinin rəisi Behzat Tuzcu bu gün günorta saatlarında vəzifədən azad ediliblər.
Qeyd edək ki, bu gün keçirilən əməliyyatda 25 nəfər həbs edilib. Saxlanılanlar arasında keçmiş nazir Binalı İldırımın bacanağının da olduğu bildirilir.