Gürcüstanın keçmiş baş naziri Bidzine İvanişvilinin vətəndaşlığı məsələsi illər uzunu idi ölkənin siyasi gündəliyindən çıxarılmırdı.
Lent.az-ın «Tbilisskaya nedelya»-ya istinadən məlumatına görə, yanvarın 28-də onun vətəndaşlığı bərpa edilib.
Ölkə Ali Məhkəməsi bu məsələ ilə bağlı keçmiş prezident Mixail Saakaşvilinin qəbul etdiyi qərarı ləğv edib.
Mənbə xatırladıb ki, onda B.İvanişvili Tiflis şəhər məhkəməsinin qərarından şikayət etsə də, məhkəmə prezidentin aktını qüvvədə saxlamışdı.
Hazırda keçmiş baş nazirin iki vətəndaşlığı var – Gürcüstan və Fransa.