İtaliyanın yeni baş naziri Matteo Rentsi parlamentə islahatla bağlı planlarını açıqlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, qanunverici orqan kimi Senatı yenidən formalaşdırmaq, eləcə də vergi və əmək sahəsində islahatları müzakirə niyyətində olduğunu bildirib.
Bütün islahatlar koalisiyaya daxil olan partiyalar, o cümlədən keçmiş baş nazir Silvio Berluskoninin «İrəli,İtaliya»-sı ilə razılaşdırılıb.
Təhlilçilərin qənatəincə, Rentsi yenidənqurmanı aparsa da onunla bir partiyada olanlar qanunverici orqanda dəyişikliyə hazır deyillər, hətta islahatları boykot edəcəkləri ilə hədələyiblər.