İtaliyanın baş naziri istefa verdi-YENİLƏNİB
21 dekabr 2012 23:44 (UTC +04:00)

İtaliyanın baş naziri istefa verdi-YENİLƏNİB

0

 İtaliyanın baş naziri Mario Monti ölkə prezidenti Corc Napolitanoya istefa     ərizəsi ilə müraciət edib. Monti Mario keçən ilin noyabrında,  Silvio Berluskoni istefa verdikdən sonra bu postu tutmuşdu.O, hələ ki, növbədənkənar parlament seçkisində iştirakı ilə bağlı  açıqlama verməyib.

***

23:38

 

 

İtaliyanın baş naziri Mario Montinin yaxın saatlar ərzində istefaya gedəcəyi gözlənilir.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, parlament gələn il üçün büdcə layihəsini təsdiqləcəyi halda o, istefa verəcəyini dəfələrlə bildirib.

Parlament bu sənədi müzakirə etməkdədir.

 

Baş nazir istefa verəcəyi halda 2013-cü ilin fevralında İtaliyada növbədənkənar palament seçkiləri keçiriləcək.

Onu da qeyd edək ki, bu günlərdə keçmiş baş nazir Silvia Berluskoni siyasətə qayıtdığını və parlament seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 984

Oxşar yazılar