İsveçrə ATƏT-ə sədrlik etməyə başlayıb
02 yanvar 2014 17:37 (UTC +04:00)

İsveçrə ATƏT-ə sədrlik etməyə başlayıb

İsveçrə ATƏT-ə sədrliyi Ukraynadan təhvil alıb.

 

APA-nın ATƏT-in saytına istinadən xəbərinə görə, təşkilatın sədri səlahiyyətlərini İsveçrənin xarici işlər naziri Didye Burkxalter qəbul edib.

 

ATƏT sədri kimi prioritetlərini açıqlayan Didye Burkxalter bildirib ki, İsveçrə dondurulmuş münaqişələrin həllində irəliləyiş əldə olunmasına, transmilli təhlükələrlə mübarizəyə, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə, gənclər üçün planların reallaşdırılmasına çalışacaq.

 

Nazir qeyd edib ki, İsveçrə ATƏT-ə sədrliyi Serbiya hökuməti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcək: “Çünki 2015-ci ildə ATƏT-ə Serbiya sədrlik edəcək”. İsveçrənin prioritetləri sırasına Balkanlarda sülhə, xüsusən Serbiya ilə Kosovo arasında razılaşmaya nail olmaq, eləcə də Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar