İsveçin Malmö şəhərində silahlı insident nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin məlumatında deyilir.
Ötən axşam İsveçin Malmö şəhərində atışma olub. Nəticədə 5 nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəblərini açıqlamayan polis hadisənin terrorla əlaqəli olmadığını bildirib.
İsveçin “Sydsvenskan” qəzeti xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Naməlum silahlı şəxslər insanlara hərəkət edən avtomobildən atəş açıblar. Məlumata əsasən, yaralılardan üçü kriminal aləmdə tanınan şəxslərdir.